Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin etdi – Fotolar

Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin etdi – Fotolarbackend

Məlum olduğu kimi, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Busaat.az xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə əhalinin içməli su ilə təminatı çətinləşib.

Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, yeni magistral su xəttinin tikintisinə başlanılıb və cari ilin sonuna qədər başa çatdırılacağı gözlənilir. Hazırda isə rayonun içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur.

Bununla bağlı, ölkənin aparıcı banklarından biri olan Bank Respublika yeni təşəbbüsə imza atıb. Belə ki, Bank, Salyan şəhərindən Neftçalaya su maşınları vasitəsilə gündəlik içməli suyun daşınmasına start verib. Su maşınları hər gün Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinlərə içməli su təminatı istiqamətində dəstək olacaq.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargahın dəstəyi ilə keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.

busaat 55ef29b81a7761351e0c1b6b0bfbdede sjm42n13eo78xhfaklzw busaat 108dae6458912d96e63c2f34e806fea3 cpf42k1o0jqbw3at78e9 busaat 9451a0edabc10acd698ea449ba0e821a qohyexn6zw4s7upg0i52 busaat fca779d8d39c67e03c94a91cbf876be7 gs6kalj7pqnm5ei32utw busaat 0673a81655e93804c2f9bacea88b6998 wsqo5zhpgjifea312n0k


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki