“Baqirinin adından yayılan xəbərlərin heç bir əsası yoxdur”

image-edaletbackend

“Sosial şəbəkələrdə və teleqram kanallarında İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin adından yayılan və digər bu kimi xəbərlərin heç bir əsası yoxdur”.

Busaat.az  xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, xəbərlərin mənbəyini araşdırdıqda məlum olur ki, bunlar Ermənistana məxsus resurslar tərəfindən yayımlanır:

“Məsələnin mahiyyətini anlamaq üçün ilkin mənbələrə dair səthi araşdırma aparmaq kifayətdir. Ermənistan resurslarının, daha doğrusu bu resursları təxribatçı məlumatlarla təmin edən Ermənistan xüsusi xidmət orqanlarının əsas məqsədi də Azərbaycan ilə İran arasında münasibətləri gərginləşdirmək, ictimaiyyətdə etimadsızlıq mühiti yaratmaqdır.

Verdiyev qeyd edib ki, bu, Ermənistanın növbəti dəfə “bulanıq suda balıq tutmaq” niyyətindən xəbər verir:

“Buna görə də Azərbaycanın informasiya resursları, sosial media istifadəçiləri daha diqqətli olmalı, belə təxribatçı məlumatları yaymamalıdırlar”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90