Baş epidemioloqun istefasına professordan reaksiya: “Dövlət ona deməliydi ki…”

Baş epidemioloqun istefasına professordan reaksiya: “Dövlət ona deməliydi ki…”backend

“Yəqin ki, İbadulla müəllimin istefası səbəbsiz deyil”.

Busaat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin istefasından danışarkən deyib.

Adil Qeybulla bildirib ki, İbadulla Ağayev savadlı, mədəni bir adamdır:

“Jurnalistlər onu sosial şəbəkədə sıxdı, üstünə çox getdilər. Onun karikaturasını yaratdılar. Bütün bunları ictimayi arena, eləcə də ailəsi gördü. Hərə bir status yazdı: “Baş epidemioloq hardadır? Guya hər şey düzdür, bircə baş epidemioloq yoxdur. Axı ona nə səlahiyyət verilmişdi ki, nə də umaq? Epidemioloqu sayan vardı ki? Kimdir ona səlahiyyət verən? Dövlət strukturları ona deməliydilər ki, gəl otur Operativ Qərargahda. Adama heç bir səlahiyyət verilmədiyi halda ondan nə tələb edə bilərsiniz? Onu tamamilə kənara cəkdilər, sorgu-sual yox. Bu adam neyləyə bilər? O olmasın, mən olum – belə vəziyyətdə neyləyə bilərdim?..”

Adil Qeybulla onu da əlavə edib ki, İbadulla Ağayev elmdən deyil, vəzifədən gedib.

Qeyd edək ki, Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev istefa verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90