Bayden Polşada partlayışa səbəb kimi Ukrayna raketini göstərib – Reuters

Bayden Polşada partlayışa səbəb kimi Ukrayna raketini göstərib – Reutersbackend

Polşadakı partlayışa Ukraynanın hava hücumundan müdafiə raketi səbəb olub.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden G7 və NATO həmkarlarına məlumat verib.

Rusiya Müdafiə Nazirliyi də Ukrayna-Polşa sərhədi yaxınlığında Rusiya tərəfindən heç bir raket atışının reallaşdırılmadığını bildirib. Rusiya Hərbi Agentliyi hadisə yerindən yayımlanan qalıqların Rusiya silahları ilə heç bir əlaqəsinin olmadığını qeyd edib.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə naməlum raket düşüb və 2 nəfər ölüb.

Bundan sonra Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alınıb.

Bir çox NATO ölkəsi baş verənlərin narahatlıq doğurduğuna dair açıqlamalar verərək, hadisənin bütün aspektlərinin araşdırılması və bir çox detalların dəqiqləşdirilməsinin vacibliyini bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90