Hindistanın baş naziri Narendra Modini tənqid edən sənədli filmin Britaniyada yayımlanmasından bir neçə həftə sonra Yeni Dehli və Mumbayda BBC-nin ofislərində axtarışların başladığını iddia edib.
Busaat.az xəbər verir ki, bu barədə nəşr özü məlumat yayıb.
Nəşr eyni zamanda, hakimiyyətlə tam əməkdaşlıq etdiyini bildirib.
“Ümid edirik ki, bu vəziyyət mümkün qədər tez həll ediləcək”, – deyə bəyanatda qeyd edilib.
Kanal qeyd edib ki, sənədli film yalnız Britaniyada yayımlansa da, Hindistan hökuməti “Hindistan: Modi Sualı”nı internetdə paylaşan insanlara mane olmağa çalışıb və bunu müstəmləkəçilik təfəkkürü ilə düşmən təbliğatı və Hindistan əleyhinə addım adlandırıb.
Qeyd edək ki, sənədli film baş nazirin 2002-ci ildə əyalət baş naziri olarkən Qucaratda müsəlmanlara qarşı zorakılıqdakı roluna diqqət yetirib.
Həmçinin qeyd olunur ki, Hindistan müxalifəti Modi hökumətini BBC ofislərində axtarış apardığına görə tənqid edib, iqtidarın tənqiddən qorxduğunu bildirib.