BDU-da da tələbələrdə koronavirus AŞKARLANDI

image-bdubackend

Bakı Dövlət Universitetində 2 qrup distant təhsilə keçib.

Busaat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva bildirib.

O qeyd edib ki, “SABAH qrupları”nda olan 2 qrupda koronavirus aşkarlandığı üçün həmin qruplar 14 gün müddətində distant təhsilə keçib.

Xatırladaq ki, bundan öncə Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Politexnik Universitetində də tələbələrdə koronavirus aşkarlandığından bəzi qruplar distant təhsilə keçib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90