Bəhram Bağırzadəyə aid olduğu deyilən görüntülətlə bağlı AÇIQLAMAbackend

Mərkəzi Gömrük Hospitalının (MGH) mətbuat xidməti məlumat verir ki, son günlərdə sosial şəbəkələrdə bir xəstəyə tibbi müdaxilələr zamanı çəkilmiş videonun yayılması yer alıb.

Mərkəzi Gömrük Hospitalından Busaat.az-a verilən məlumata görə, video görüntünün şəhrində yanlış məlumat verilir ki, həmin xəstə Mərkəzi Gömrük Hospitalında müalicə alan Bəhram Bağırzadədir. Rəsmi olaraq bildiririk ki, videoda olan görüntülərin Mərkəzi Gömrük Hospitalına heç bir aidiyyəti yoxdur. Bu video Mərkəzi Gömrük Hospitalında çəkilməyib.

Xatırladaq ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Bəhram Bağırzadənin EKMO cihazına qoşulduqdan sonra son 24 saat ərzində dinamikasında az da olsa stabillik, hətta nisbi müsbət dəyişikliklər var.v