Belarusda təşkil ediləcək görüşün nəticəsi olmayacaq – POLİTOLOQ

image-20087071-032b-3a64-a50f-36bd6411d3b9_850backend

Belarusda Rusiya-Ukrayna danışıqları saat 13:00-da başlayacaq. Bu barədə Rusiya nümayəndə heyətinin danışıqlardakı rəhbəri, keçmiş mədəniyyət naziri Vladimir Medinski açıqlama verib.

Ukrayna tərəfini danışıqlarda deputat, Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək. Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunacaq.

Bəs danışıqların nəticəsi necə olacaq?

Siyasi şərhçi Tehran Orucoğlu Busaat.az-a açlıqlamasında bildirib ki, görüşün ciddi nəticəsi olmayacaq.

image-tehran

“Düşünürəm ki, atəşkəs elan edilməyəcək. Mən bu yaxınlarda Ukrayna oldum. Müharibə hazırlıqlarını öz gözümlə görmüşəm. Rusiya bu plana on ildən çoxdur ki, hazırlaşırdı. Lakin nəticənin belə olacağını gözləmirdi. Rusiya güclü müqavimətlə qarşılaşıb. Hər bir halda, Rusiya Prezidenti Putinin məğlub olmağı sevmədiyini bilirik. Müasir tarixdə Ukrayna və Rusiya iki cəbhədə anlatılacaq. Bu 22 Fevraldan öncəki tarix və ondan sonrakı. Bilirik ki, bu tarixdə Ukraynanın iki ərazisi Rusiya tərəfindən Respublika kimi tanındı. Bu həm də müharibə qərarı idi.

Bu gün keçiriləcək görüşdə danışıqlar masasına kimlər oturur?-“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya. Belə görünür ki, Rusiyada bu danışıqlara ciddi baxmır. Görüş zamanı Rusiyanın irəli sürəcəyi təklifləri isə Ukrayna heç cürə qəbul edə bilməz. Bu Ukraynanın məğlubiyyət bayrağı qaldırması olardı. Artıq neçə gündür ki, mübarizə davam edir. Zelenski Rusiyanın təkliflərini qəbul etməyəcək. Bu isə müharibənin hələ bir neçə gün davam etməsi deməkdir. Düşünürəm ki, nəticə Rus ordusunun Ukrayna torpaqlarından çəkilməsi ilə mümkün ola bilər. Lakin Putin buna gedəcəkmi? Buna inanmıram. Daha globla müharibənin şahidi ola bilərik. Rusiya və Ukrayna xalqına sülh arzu edirəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90