“Belə bir əlamətdar gündə Bakıda olmaqdan məmnunuq”– Mövlud Çavuşoğlu

“Belə bir əlamətdar gündə Bakıda olmaqdan məmnunuq”- Mövlud Çavuşoğlubackend

“Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb”.

Busaat.az  xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik.

Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə – Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq”, – deyə XİN rəhbəri qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90