Belqorodda mülki vətəndaşlardan ibarət silahlı birləşmələr yaradıldı

image-6584800963504894490backend

Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod vilayətində mülki şəxslərdən ibarət və hərbi təlim alan “regional müdafiə bölmələri” yaradılıb.

Busaat.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada bir çox mülki vətəndaşın hərbi təlim keçmək istədiyi və bunun üçün regional müdafiə bölmələrinin yaradılmasını tələb etdiyi bildirilib.

Tələbi müsbət qarşıladıqlarını bildirən Qladkov qeyd edib: “Səhhətinə və ya yaşına görə orduya cəlb oluna bilməyən, lakin döyüş təcrübəsi ilə evlərini və ailələrini müdafiə etmək arzusunda olan bir neçə batalyon təşkil edirik”.

Qladkov əlavə edib ki, artıq təcrübəli təlimçilər Belqorodun sərhəd bölgələrində könüllüləri öyrətməyə başlayıblar.

Qeyd edək ki, Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində xüsusilə enerji infrastrukturuna çoxlu hücumlar olub.

Rusiya hakimiyyəti hücumlarda Ukrayna tərəfini günahlandırır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90