Berdiməhəmmədov Sahibə Qafarovanı təltif etdi

image-64973564-f77e-4a88-88e8-a64801d40632backend

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana səfəri çərçivəsində Prezident Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Milli Məclisdən Busaat.az-a daxil olan məlumata görə, ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik münasibətlər dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksək səviyyəli rəsmi səfərlərin bu münasibətlərə töhfələrini qeyd edib. Həmçinin, dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Spiker Sahibə Qafarova Türkmənistana Milli Məclisin sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Sahibə Qafarova bu illər ərzində dost ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edərək, bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Milli Məclisin sədri Türkmənistan Prezidentinin sərəncamı ilə “Əməkdaşlığın inkişafına töhfəyə görə” Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov spiker Sahibə Qafarova ilə görüşdə medalı ona təqdim edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90