Beyləqanda polisə təhvil verilən tüfənglərin sayı açıqlandı – 17 ədəd

image-ugr1xsylzyq1yeg0w1bhndoyul61laatulfpzswz_1200backend

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

image-pdom75m1ahax6q6uhshzemn7wyd7l7zkfryp7paq_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki