Bezos yenidən dünyanın ən zəngin insanı olub

image-bezosbackend

“Amazon” korporasiyasının sahibi Ceff Bezos “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı geridə qoyaraq yenidən dünyanın ən zəngin insanı olub.

Bu barədə Busaat.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Onun hesablamalarına əsasən, hazırda Bezosun 191 milyard dollar, Maskın isə 190 milyard dollar varidatı var.

Üçüncü yerdə “Microsoft” korporasiyasının banisi Bill Geyts qərarlaşıb. Onun varidatı 137 milyard dollar məbləğində qiymətləndirilir.

Mask bu il yanvarın 7-də sözügedən reytqində “Amazon” başçısını geridə qoyaraq birinci yeri tutmuşdu. Həmin vaxt Bezosun 187 milyard dollar, Maskın isə 188,5 milyard dollar varidatı var idi. Bezos təxminən üç il idi ki, dünyanın ən zəngin insanı idi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90