Şəhid qardaşı olduğunu bildirən Elsevər Qəribov Biləcəridə özünəməxsus boş torpaq sahəsinin çəpərinin dağıdıldığını bildirir.
Busaat.az xəbər verir ki, bu barədə o, Yeniera.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb.
Onun iddiasına görə, Biləcəri ərazisində ona məxsus torpaq sahəsi var.
Şikayətçi qeyd edir ki, avqustun 29-da naməlum şəxslər tərəfindən onun olduğunu söyləyən torpaq sahəsinin çəpəri yararsız vəziyyətə salınıb.
Hətta şikayətçi hadisəyə aid olduğunu deyən görüntüləri də təqdim edib.
Qəribov vurğulayıb ki, o, bununla əlaqədar 102 xidmətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və rayon bələdiyyəsinə müraciət edib.
Onun müraciətinə cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, şəhid qardaşı cənab Prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan kömək istəyib və aidiyyatı qurumlardan bu məsələnin ətraflı araşdırılmasını xahiş edib.
Materiala dair foto və video təqdim edirik:










