Məzmuna keç
21 Oktyabr 2026, ÇərşənbəBakı 23°C
Son dəqiqə
Bakı 23°C Az buludlu

Baş Prokurorluqda yeni təyinatlar oldu

image-bas-prokurorluq-yeni-1

Baş Prokurorluqda yeni təyinatlar olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, baş prokurorun müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul