Bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

image-kelbecerbackend

Azərbaycanın bir qrup dini icma üzvlərinin Kəlbəcərə səfəri başlayıb.

Busaat.az  xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə təşkil olunub.

Səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb.

Məqsəd Alban-Udi Xristian dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban məbədi olan Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki