Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdı

Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdıbackend

“Bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulmuşdu. Amma görüşün vaxtı dəyişdirilib”.

Busaat.az  Oxu.Az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti məsələnin sülh prosesi ilə həll olunmasında maraqlı deyil:

“Azərbaycan işğal altında olan torpaqlarını qaytarmaq üçün humanitar atəşkəsə razılıq verdi, amma onlar humanitar atəşkəsi bilərəkdən pozdular. Gördüyünüz kimi, dinc əhaliyə qarşı hücumlar həyata keçirilib”.

“Azərbaycan bundan sonra beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edəcək”, – deyə E.Əmirbəyov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90