“Biz münaqişə zonasında BMT strukturlarının da olmasını vacib sayırıq – Sergey Lavrov

“Biz münaqişə zonasında BMT strukturlarının da olmasını vacib sayırıq – Sergey Lavrovbackend

Sergey Lavrov: “Biz münaqişə zonasında yalnız rus sülhməramlılarının, eyni zamanda beynəlxalq qurumların, o cümlədən BMT strukturlarının olmasını vacib sayırıq”

Rusiya tərəfinin fikrincə, bu, köçkünlərin geri qaytarılması, əsirlərin mübadiləsi və mədəni irsin qorunması daxil olmaqla humanitar problemlərin daha effektiv həllinə imkan verəcəkdir.

Busaat.az  xəbər verir ki, bu fikirləri dünən axşam Rusiya Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) rəhbəri Peter Maurer ilə görüşdən sonra səsləndirib. Lavrov əlavə edib ki, “Mən Qaçqınlar üzrə Ali Komissarlığın İdarəsini, Humanitar İşlərin Koordinasiya İdarəsini nəzərdə tuturam və təbii ki, Dağlıq Qarabağda mədəni irsin qorunması vəzifələri də qətidir. Və burada YUNESKO öz rolunu oynaya bilər”. Görüşdə BQXK-nın rəhbəri Peter Maurer qeyd edib ki, təşkilat 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ zonasında işləyir. Bununla belə bölgəyə rus sülhməramlılarının yerləşdirilməsinə səbəb olan son hadisələri nəzərə alan təşkilat öz işlərini yeni reallıqlara uyğunlaşdırmalıdır.

Yaxın gələcəkdə BQXK birbaşa döyüş əməliyyatlarına məruz qalanlara və evlərini tərk etmək məcburiyyətində olan, lakin indi oralara qayıtmaq istəyənlərə xüsusi diqqət ayırmağı planlaşdırır.

Təşkilat bölgəyə dərman, qida, gigiyena məhsulları, paltar tədarük edəcək. Qurumun digər bir iş sahəsi hərbi əsirlərin mübadiləsi, cəsədlərin axtarışı və mübadiləsinə köməkdir. Peter Maurer Qırmızı Xaçın bölgədə iş üçün fürsətlər yaradılacağına ümid etdiyini və Rusiya ordusunun təhlükəsizliyin təmin olunmasına kömək edəcəyini gözlədiyini bildirib. Təşkilat Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə 10 noyabr gecəsi əldə edilən atəşkəs razılaşmasını hərarətlə qarşılayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90