“Bizi çətin 4 ay gözləyir”– Angela Merkel

“Bizi çətin 4 ay gözləyir”- Angela Merkelbackend

“Bizi çətin dörd ay gözləyir. Tunelin ucundakı işığın görünməsi çox uzaqdadır”.

Busaat.az  xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ölkədə sürətlə yayılan koronavirusla bağlı açıqlamasında deyib. O, 15  illik fəaliyyəti dövründə ilk dəfə hökumətin verdiyi qərarı ictimaiyyətə özü təqdim edib.

“Mövcud vəziyyət bizi həyəcanlandırır. Verilən bütün qərarlar vətəndaşlara təsir edir. Bəziləri anlayışla davranır, ancaq qərarlara şübhə ilə yanaşanlar da var. Narahatlığınızı anlayıram, amma başqa çarəmiz yoxdur. Koronavirusla mübarizədə noyabr ayında uğur qazanmalıyıq. Vətəndaşlarımızın yüzdə 30-u risk altındadır. Həmçinin bağlanan bütün şirkətlərə ümumi 10 milyard avro dəyərində yardım oluna bilər. Buna görə də iş adamlarından anlayışlı olmaları xahiş edilir. Kimsə gəlir itirdiyi üçün kədərlənməsin, dövlət yanında olacaq.

İctimai yerlərdə ən azı iki nəfər yaxın məsafədə ola bilər. Küçədə 10 nəfər bir arada ola bilər. İstirahətlər, görüşlər, ev ziyarətləri təxirə salınsın. Mədəni tədbirlər ləğv olunub, bu, bizi kədərləndirir. Yeni il şənliklərinə isə “stop” demişik. Biz maksimum dərəcədə təması azaltmalıyıq”- deyə Merkel vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90