Blinken və 4 ölkə XİN rəhbərindən Rusiyaya çağırış

image-blinken563backend

ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri Brüsseldə keçirilən görüşdə Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.

“Onlar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə öz dəstəyini təsdiqləyib, Rusiyanın təxribatları qarşısında Ukraynanın təmkinli olmasını yüksək qiymətləndiriblər. Onlar Rusiyanın Ukrayna ilə [vəziyyətdə] gərginliyin dərhal azaldılmasının zəruriliyini vurğulayıblar”, – məlumatda deyilir.

Bundan başqa, tərəflər Əfqanıstan, İran və Yəmən də daxil olmaqla, digər ümumi prioritetlərini müzakirə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90