BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Poçt Günü münasibətilə ABŞ prezidenti Donald Trampa məktub göndərib.
Busaat.az xəbər verir ki, bu barədə brifinqdə BMT baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
“Deyə bilərəm ki, son 36-40 saat ərzində baş katib bu gün qeyd etdiyimiz günün şərəfinə Prezident Trampa məktub göndərib və orada BMT-nin ABŞ-la bir sıra sülh təşəbbüsləri üzərində işləmək niyyətini ifadə edib”, -deyə o, dünya təşkilatının rəhbərinin Amerika lideri ilə son təmasları barədə jurnalistin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, oktyabrın 9-da Ümumdünya Poçt Günü qeyd olunur. Bu peşə bayramının məqsədi poçt şəbəkəsinin beynəlxalq ictimaiyyətdə oynadığı mühüm rolu insanlara xatırlatmaqdır.
Yeganə








