Böyük Qayıdış Proqramı azad olunmuş ərazilərimizin bərpası işləri Zəngilanda

image-foto3backend

“Bu bütün dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar”.

“Bu sözləri Prezident İlham Əliyev 29 sentiyabr 2023-cü il tarixdə Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı dedi.

Ölkə rəhbərimiz onu da qeyd etdi ki, “Bütün Qarabağ inkişaf edir.Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi sıfırdan yenidən inşa edilir.

İndi artıq Zəngəzur bu günkü beynəlxalq tədbirlərə ev sahiblik edir. Bugünkü tədbirə 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forumda iştirak edən ölkələr bizlə onlar arasında olan dostluğumuzun təzahürü kimi qiymətləndirirəm. Zəngilan azad olunmuş ilk bölgədir. Artıq burada həyat başlayıb. Ağalı “ağıllı kəndinə ötən bahar aylarında həyat qayıdıb. Oraya, öz dədə-baba evlərinə qayıdan sakinlər xoşbəxt yaşayırlar. Artıq Zəngilan şəhərinin baş planı təsdiq edilib. İnfrastruktrun yaradılması üçün böyük vəsait ayrılıb. Hər birimiz də bilirik ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Biz heç bir kənardan maliyyə dəstəyi və yardım almamışıq. Burada onu da qeyd etmək istəyirəm ki, qardaş ölkələr Özbəkstan və Qazaxstan prezidentləri könüllü olaraq səxavətli şəkildə bizə biri bir məktəb, o biri isə incəsənət mərkəzi hədiyyə edib.

Böyük Qayıdış Proqramının bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir.Burada müasir texnologiyalar “ağıllı şəhər və kəndlər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər.

Bu gün 8 şəhər, 92 kəndin baş planı təsdiqlənib, 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə Ağalı, Talış və Sabux kəndlərinə qayıtsınlar. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb. Bu gün bizim hər birimiz onun şahidiyik ki, Bakı şəhərindən, Sumqayıt, Gəncə və Mingəçevirdə kəndlərə köçənlərin axını baş verir.

Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.

İndi Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəci olan ATƏT və BMT bunu bilirdilər. Keçmiş həmsədrlər də bilirdilər ki, Azərbaycandakı erməni azlığının hüquqlarını bərpa etməyə və təmin etməyə biz hazır idik. Artıq işğala son qoyuldu. 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu. Bu da bizim xalq, rəhbər və ordu birliyimizin, iradəmizin təzahürü idi.

Cari ilin aprel ayının 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik.

Artıq boz zonalar, qeyri- qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub”.

 

Hacıyeva Gülnarə Həsənqulu qızı, Nəsimi Rayon İctimai Şuranın üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki