“Cəbhədə hər iki tərəf oxşar problemlərlə üzləşir: yeni hücumlar üçün həm Rusiya, həm də Ukrayna məhdud imkanlara malikdir”.
Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, hər iki qüvvə qarşı tərəfi məğlub etməyə çalışır: “Son bir həftə ərzində cəbhə xəttinin çox hissəsi statik olaraq qalıb. Vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Bununla belə, cənubda Ukrayna qüvvələri Urojayne kəndini mühafizə etməyə davam edirlər. Şimalda isə Rusiya əhəmiyyətli irəliləyiş əldə edə bilməyib”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.