“Brügge” çempion elan olunur

“Brügge” çempion elan olunurbackend

Belçika hökuməti çempionatı bitirməyə hazırlaşır.

Busaat.az xəbər verir ki, ölkə rəhbərliyi liqanı dayandırıb və hazırkı lideri çempion elan edəcək.

Məsələnin hazırda parlamentdə müzakirə edildiyi bildirilir. Ancaq böyük ehtimalla çempionatın bitirilməsinə qərar veriləcək.

Çünki dövlət yarışların bərpasını mümkün görmür. Beləliklə, turnir cədvəlində lider olan “Brügge” komandası çempion elan ediləcək. İkinci pillədəki “Gent” isə Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanacaq.

Ölkə kuboku və ikinci liqanın taleyi isə həlləlik bəlli deyil.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90