“Bu addım humanist davranış nümunəsi kimi dəyərləndiriməlidir” – Partiya sədri

“Bu addım humanist davranış nümunəsi kimi dəyərləndiriməlidir” – Partiya sədribackend

“Atılan bütün addımlar milli həmrəyliyimizin daha da gücləndirilməsinə xidmət etməlidir”.

Bu sözləri ötən gün 22 nəfərin ev dustaqlığına buraxılmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Əlisahib Hüseynova görə, verilən qərar müxalifət tərəfindən də müsbət dəyərləndirəcək:

“Ev dustaqlığına buraxılan 22 nəfərin arasında Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli kimi siyasi fəallar da var, o zaman bu hadisənin heç də təsadüf olmadığı bir daha aydın olur. Bu şəxslər iyulun 14-də “Qarabağa azadlıq” şüarı altında keçirilən dinc aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilərək həbs olunan 36 nəfərin sırasına daxildir. Onlar Orduya dəstək yürüşündə təxribata çağırış və təhrikə görə həbs olunmuşdular. Lakin ötən gün onların barəsində verilmiş həbs qəti-imkan qərarı ev dustaqlığı ilə əvəz olundu.

Bu qərarın dəyişdirilməsində və onların ev dustaqlığına buraxılmasında heç şübhəsiz ki, prezident İlham Əliyevin siyasi iradəsi də mühüm rol oynayıb. Çünki Prezident situasiyanı düzgün dəyərləndirir və yeni şəraitə uyğun adekvat qərarlar verir. Hazırkı vəziyyət cəmiyyətimizin Qələbə əhval-ruhiyyəsinə, bayram ovqatına kökləndiyi bir məqamdır və bu məqamda cəmiyyətdə milli birlik, həmrəylik duyğu və düşüncələrinin hökm sürməsi çox önəmlidir. Belə bir məqamda atılan bütün addımlar milli həmrəyliyimizin daha da gücləndirilməsinə xidmət etməlidir. İctimai rəydə konsensus və vəhdət çağırışları üstünlük təşkil etməlidir. Sözügedən şəxslərin ev dustaqlığına buraxılmasını məhz bu rakursdan dəyərləndirməliyik. Bu bayram günlərində onların yenidən öz doğmalarına qovuşması həqiqətən də humanizmin və xoş məramın təntənəsidir. Biz bundan sonra milli birliyimizin daha da güclənəcəyinə inanırıq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90