Bu akademiklər ciddi nöqsanlara görə vəzifədən azad edilib

Bu akademiklər ciddi nöqsanlara görə vəzifədən azad edilibbackend

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, müxbir üzvü Oqtay Səmədov və institutun ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Busaat.az xəbər verir ki, bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin də iştirak etdiyi Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.

İclasda akademik Arif Həşimovun Fizika İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub. Bundan əlavə, fizika elmləri doktoru Anar Rüstəmov Fizika İnstitutunun, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifələrinə təyin olunublar

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90