Bu dəfə jurnalistlərə mənzillər necə paylanacaq?

Bu dəfə jurnalistlərə mənzillər necə paylanacaq?backend

Mətbuat işçiləri üçün tikilən 3-cü bina artıq tamamlanmaq üzrədir. 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil var.

KVDF-nin rəhbərliyində olan dəyişikliklərdən və aparılan islahatlardan sonra, mənzil şəraiti yaxşı olmayan, habelə bir çox evsiz jurnalist böyük ümidlə yeni mənzillərin nə vaxt və hansı şərtlərlə paylanacağını gözləyir.

Hit.Az-ın əldə etdiyi məlumata görə, 3-cü binada mənzillər bu dəfə əvvəlki forma və şərtlərlə paylanmayacaq.

Belə ki, mənzillərin az bir qisminin Prezident İlham Əliyevin sərəncamı ilə mətbuatın 145 illiyi münasibəti ilə bir qrup jurnalistə hədiyyə kimi verilməsi nəzərdə tutulur.

Yerdə qalan təxminən 200-ə yaxın mənzil isə KVDF-nin sərəncamında qalmaqda davam edəcək. Evsiz və ya şəraiti yaxşı olmayan jurnalistlər sonrakı müddətdə fərdi qaydada KİVDF-yə ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılmasını istəyə biləcək. Belə halda qurum hər bir hal üçün xüsusi komissiya yaradıb, araşdırma aparacaq və uyğun cavab verəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90