Bu gün Əfv Komissiyasının iclası başlayır

image-efv-1backend

Bu gün Prezident yanında Əfv Komissisiyasının ilk iclası başlayacaq.

Bu barədə Busaat.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, iclasda sonuncu əfv fərmanından sonra daxil olan ərizələrin müzakirəsi aparılacaq. İclasların yaxın günlərdə müntəzəm keçirilməsi nəzərdə tutulub.

Komissiya işini yekunlaşdıraraq siyahını dövlət başçısına təqdim edəcək. Əfv Sərəncamının 28 May ərəfəsində imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90