Bu gün millimiz AÇ-nin təsnifat mərhələsində mübarizəyə başlayacaq

image-voleybol74512backend

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Busaat.az xəbər verir ki, Gürcüstanda təşkil olunacaq birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə yanaşı, Monteneqro və Yunanıstan komandaları ilə qarşılaşacaq.

Millimiz bu gün keçirəcəyi birinci oyununda Monteneqro seçməsini sınağa çəkəcək.

Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün isə Yunanıstan-Azərbaycan oyunları keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90