Bu gün Moskvada 54 nəfər koronavirusa yoluxubbackend

Rusiyada gün ərzində 61 koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

Busaat.az “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Koronavirusla Bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni yoluxma halları ölkənin 6 regionunda qeydə alınıb ki, bunun da əksəriyyəti (54) Moskvada müəyyən olunub.

Virus daşıyıcıları son iki həftə ərzində epidemiyanın geniş yayıldığı ölkələrdə səfərdə olublar.

Qeyd edək ki, bununla da Rusiyada COVİD-19-a yoluxanların ümumi sayı 367-yə çatıb.