Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayırbackend

Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır.

Busaat.az xəbər verir ki, peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.

İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq.

Azərbaycanda birinci mərhələdə yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd vurulacaq. COVID-19-a əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ – Səhiyyə işçiləri;

65 yaşdan yuxarı şəxslər;

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ – Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90