“Bu il birinci sinfə ölkə üzrə ümumilikdə 155-160 min civarında şagird qəbul olunacaq”.
Busaat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, burada həm 6, həm 7, həm də təqvim müddəti dövründə 8 yaşı tamam olan uşaqlar nəzərdə tutulur.