“Bu işin indi başlaması bizə qarşı yeni cəbhə açmaq deməkdir” – Politoloq rəyi

“Bu işin indi başlaması bizə qarşı yeni cəbhə açmaq deməkdir” – Politoloq rəyibackend

 

“Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr Gürcüstan hakimiyyətində ən yüksək səviyyədə təmsil olunur”.

Gürcüstanın Baş Prokurorluğundan verilən məlumata görə, Gürcüstan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsinə dair hökumət komissiyasının fəaliyyətinin qanuniliyi araşdırılacaq. Belə ki, Komissiya Azərbaycan-Gürcüstan dövlət sərhədinin müəyyən hissələrində qanunsuz, Gürcüstanın maraqlarına zidd qərar verildiyi göstərilib. Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət səbəbi ilə başlanıb.

Busaat.az xəbər verir ki, politoloq Yeganə Hacıyeva bu məsələyə münasibət bildirib.

Politoloq qeyd edib ki, bu cinayət işində dövlət ərazimizin də hallanması bizə qarşı xəyanət olmasına rəvac verir:

“İşin təşəbbüskarı Gürcüstan prezidenti Salome Zurabişvilidir. Əlbəttə, Gürcüstanın yeni höküməti, hər seçki öncəsi Saakaşvili hakimiyyətinin Gürcüstanın dövlət maraqlarına zidd fəaliyyəti haqqında səsli-küylü bir cinayət işi başlamağa adət edib, amma bu cinayət işində bizim dövlət ərazimiz də hallandığı üçün, bu işin indi başlaması bizə qarşı yeni cəbhə açmaq, yeni təsir vasitəsi, xəyanət olması şübhə doğurmur.

Xatırlayıram ki, Salome Zuribaşvili səfir fəaliyyətindən çəkilib, Gürcüstan siyasətinə qatılan zaman onun haqqında bir sıra məlumatlar sızmışdı. Məlumatlardan biri də Salome Zurabişvilinin Avropa Komissiyalarına işi zamanı Rusiyanın maraqlarının xeyrinə fəaliyyəti haqqında idi. Gözəgörünməz bir əl o məlumatları qısa müddətdə mediadan sildi süpürdü. Həm də xatırlayıram ki, iki il öncə Gürcüstanın dini lideri II İlya, Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrin Gürcüstan hakimiyyətində ən yüksək səviyyədə təmsil olması haqqında fikir söyləmişdi. Hər iki məlumat özünü təsdiqləyir, II İlya da haqlıdır. Hər iki halda belə cəhdlərin arxasında hansı qüvvə durur, biz onu tanıyırıq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90