Bu kreditləri 6 aya qədər ləngitmək mümkündür – İZAHbackend

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib.

Bu sənəddə fiziki şəxslər üçün güzəştləri izah edir. Əvvəla qeyd edək ki, əsas dəyişiklik ipoteka kreditlərinə aid olacaq. Onları 6 aya yaxın ləngitmək mümkündür.

İstehlak kreditlərində isə vəziyyət fərqlidir.

Fiziki şəxslərin kreditlərində nə dəyişəcək?

• Martın 1-dək verilmiş İpoteka kreditləri üzrə ödəniş müddəti 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunacaq. Bu zaman banklar tərəfindən kreditin keyfiyyəti pisləşdirilməyəcək.

• Kreditləri, eləcə də əsas borc və faiz ödənişlərini tam və ya qismən gecikdirənlərə əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması ilə bağlı banklara tövsiyə edilib.

• Martın 1-ə vəziyyətinə keyfiyyəti qənaətbəxş olan (yəni problemi olmayan) və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (sadə desək – borcalanın kredit tarixçəsi pisləşməyəcək. /Fed.az/