Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

Bu ölkədə heç kim koronavirusa yoluxmayıbbackend

Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisində koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin dövlət orqanı “Rodong Sinmun” məlumat yayıb.

Ötən gün KXDR-in qərbində yerləşən Kanxvado adası ərazisində yerli gənclərdən birinin COVID-19 virusuna yoluxması ilə bağlı məlumatlar yayılmışdı. Şimali Koreyanın Epidemiya ilə mübarizə təşkilatı açıqlayıb ki, KXDR-ə qayıtmış gəncin koronavirus analizləri onun infeksiyaya yoluxduğunu deməyə əsas vermir.

Bununla belə yerli hakimiyyət virusa yoluxduğu şübhə edilən gəncin əlaqədə olduğu şəxsləri müəyyənləşdirməyə başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90