Bu peyvənd meymunlara müsbət təsir göstərdi

Bu peyvənd meymunlara müsbət təsir göstərdibackend

Amerikanın “Novavax” dərman şirkəti ixtira etdiyi vaksinin koronavirusun meymunlar arasında yayılmasının qarşısını aldığını açıqlayıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, firma hazırda vaksinin insanlarda eyni təsirə sahib olub-olmayacağını araşdırır.

Bildirilib ki, vaksin meymunlara 3 həftə fasilə ilə 2 doza vurulub. Araşdırma zamanı məlum olub ki, virus meymunlarda yoxa çıxıb və heyvanlara hər hansı bir mənfi təsir etməyib.

“Novavax”ın vaksinindən İngiltərədə ilkin olaraq 9 min nəfərdə istifadə ediləcək və sonra bu rəqəmlər 15 minə çatdırılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90