Bu simptomlar da koronavirusla bağlı ola bilərbackend

İngiltərənin Dermatoloqlar Dərnəyi koronavirusun daha bir simptomunu elan edib.

Busaat.az  xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmalararına görə, qabıqlanmış və quru dodaqlar da COVİD əlaməti ola bilər. Pandemiya dövründə səhiyyə qurumları tərəfindən hazırlanmış COVİD simptomları arasında qızdırma və öskürəklə yanaşı, dəridə yaranan çatlar da qeyd olunub.

Bu əlamət rəsmi olaraq təsdiqlənməsə də, yoluxma faktlarının 20%-də müşahidə olunub.

Araşdırmalara görə, dodaqlarda quruluq və çatlarla yanaşı, ağız boşluğunda ağrılar da müşahidə oluna bilər.