“Bu torpağın sahibləri gəldi və “parlament” də gorbagor oldu”

“Bu torpağın sahibləri gəldi və “parlament” də gorbagor oldu”backend

“Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər”.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi:

“Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90