Bundesliqa klubu karantinə alındı

image-145256backend

Almaniyanın “Herta” klubunun bütün kollektivi karantinə alınıb.

Busaat.az “Bild”ə istinadən xəbər verir ki, buna komandada 4 nəfərin koronavirusa yoluxması səbəb olub.

Berlin təmsilçisində baş məşqçi Pal Dardai, onun köməkçisi Admir Hamzaqiç, futbolçular Dodi Lukebakio və Marvin Plattenhardtda virus aşkarlanıb.

14 günlük karantinə alınan komanda Bundesliqada “Maynts”, “Frayburq” və “Şalke” ilə matçları buraxacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90