“Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”- Artsrun Ovannisyan

“Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”- Artsrun Ovannisyanbackend

İşğal edilən Dağlıq Qarabağın şimal və cənub istiqamətlərində hazırda ağır döyüşlər gedir.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Facebook səhifəsində yazıb.

“Gecə nisbətən sabit bir gərginlikdən sonra səhər saatlarında düşmən şimalda və cənubda yenidən atəş açmağa başlayıb. Bölmələrimiz əməliyyat-taktiki vəziyyəti nəzarətdə saxlamağa çalışır”. Ovannisyan bildirib.

Xatırladaq ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90