Çalışan qadınlar niyə boşanmaya meylli olur? – Psixoloq rəyi

Çalışan qadınlar niyə boşanmaya meylli olur? – Psixoloq rəyibackend

 

“Karyera pilləsində irəliləyən qadını öz işindən uzaqlaşdırmaq və evə məhkum etmək haqsızlıqdır”.

Araşdırmalar göstərir ki, işdə uğur qazanan qadınların boşanma ehtimalı daha yüksək olur. Maraqlıdır ki, karyerasında yüksələn qadınların boşanmaya daha çox meylli olmasının səbəbləri nədir?

Bu mövzuyla bağlı psixoloq Rübabə Mərdanova Busaat.az-a açıqlamasında bildirib ki, əksər kişilər qadının çalışmasını və karyera pilləsində irəliləməsini həzm edə bilmir:

“Çalışan qadınların boşanmasına müxtəlif səbəblər təsir edə bilər. Təkcə Azərbaycanda deyil, dünya ölkələrində də kişilər karyerasında uğur qazanan qadınların yanında olmaq istəmir. Çünki qadının işində irəliləməsi qısqanclıqla qarşılanır. Qısqanclıqla yanaşan kişilər qadının cüzi nöqsanını belə böyük problemə çevirir. Bəzi kişilər isə qadının məvacib qazanması fonunda rahatlaşır və istədiyi üçün kef edə biləcəyini düşünür. Nəticədə qadın bu vəziyyəti qəbul etmir və boşanma hadisəsi baş verir.

Ümumiyyətlə, işləyən və maddi gəliri olan qadınlar başqa insana ehtiyac olmadığını düşünür. Bu qadınlar özlərini kişidən asılı hesab edə bilmir. Bütün hallarda evliliyin uzunömürlü olması üçün tərəflərdən biri mütləq anlayışlı olmalıdır. Qarşı tərəfin karyera pilləsində irəliləyən qadına dəstək olması daha faydalıdır. Əks halda boşanmaların artması insanların, xüsusən də uşaqların psixologiyasında ciddi travmalar yaradır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90