Cəlilabadın başçısı ilə birlikdə tutulanlar – ADLARbackend

Bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

“BakuPost”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, birinci müavini Mənsur Məmmədov, Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevin saxlanıldığı deyilir.

Qeyd edək ki, hadisə ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.