Çempionlar Liqasında həftənin rəmzi komandasıbackend

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Busaat.az  xəbər verir ki, “Yuventus”, PSJ və “Atletiko”nun iki futbolçusu rəmzi heyətdə yer alıb. Digər 5 futbolçu isə müxtəlif klubları təmsil edir.

Qapıçı: Canluici Buffon (“Yuventus”)

Müdafiəçilər: Natan Ake (“Mançester Siti”), Denis Popov (“Dinamo”, Kiyev), Niklas Züle (“Bavariya”), Mario Ermoso (“Atletiko”), Angelino (“Leypsiq”)

Yarımmüdafiəçilər: Ryüd Former (“Brügge”), Yannik Karrasko (“Atletiko”),

Hücumçular: Kilian Mbappe (PSJ), Kriştiano Ronaldo (“Yuventus”), Neymar (PSJ)