Cəsəd niyə müayinə olunmayıb? – Müəmmalı məqamla bağlı rəsmi açıqlama

image-nabran-denizbackend

Ötən gün Nabran istirahət zonasında dənizdə batan Quba rayonu Atuc kənd sakini 2001-ci il təvəllüdlü Talıbov Naib Nadir oğlunun cəsədi tapılaraq aidyyatı üzrə təhvil verilib.

Məlumata görə, meyit Xaçmaz rayon morquna gətirilsə də, daha sonra müəmmalı formada müayinə edilmədən ailəsinə təhvil verilib. Cəsədin müayinə olunmadan ailəsinə təhvil verilməsi isə maraq doğuran məqamdır.

Respublika Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin eksperti Gündüz Tanrıverdiyev Busaat.az-a açıqlamasında bu müəmmalı məqama aydınlıq gətirib.

Ekspert qeyd edib ki, sözügedən şəxslə bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

“Yayılan informasiya həqiqəti əks etdirmir. Çünki şöbəmizə Naib Talıbov adlı şəxsin cəsədi gətirilməyib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90