Ceyhun Bayramov Rusiyada – Fotolar + Yenilənibbackend

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk rəsmi səfəri baş tutacaq.

Busaat.az  “TASS” agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Moskva ilə Bakı arasındakı ikitərəfli münasibətlərə dair bir sıra aktual məsələlər müzakirə ediləcək.

Azərbaycan XİN-in rəhbəri olaraq ilk dəfə Rusiyaya səfər edəcək C. Bayramov, həmçinin Baş Nazirin müavini Aleksey Overçuk və Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla da görüşəcək.

***

XİN-dən verilən məlumata görə, Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

***

Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarını ziyarət edib və əklil qoyub.