Ceyhun Bayramovla Əraqçi telefonla danışdılar

image-ceyhunaragchibackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Busaat.az XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki