Ceyhun Məmmədov işçi qrupunun videogörüşündə iştirak edərək Pakistanla ölkələrimiz arasında ikitərəfli əlaqələrdən bəhs etdi

Ceyhun Məmmədov işçi qrupunun videogörüşündə iştirak edərək Pakistanla ölkələrimiz arasında ikitərəfli əlaqələrdən bəhs etdibackend

İyunun 19-da Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Pakistan İslam Respublikası Parlamentinin Senatında Azərbaycanla dostluq qrupunun videogörüşündə iştirak edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrdən bəhs etdim.

Bunu “Yeni Gündəm” ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Pakistanın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini daima dəstəklədiyini, xalqımızın bu dəstəyi yüksək qiymətləndiridiyini qeyd etdim. Azərbaycan xalqının İslam mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, Azərbaycanın müsəlman dünyasına İslam elmləri sahəsində böyük şəxsiyyətlər bəxş etdiyini, ölkəmizdə İslam ənənələrinin qorunmasına xüsusi önəm verildiyini bildirdim. Ölkələrimzin elm və mədəniyyət sahəsində, həqiqi İslam dəyərlərinin dünyada təbliğində birgə əməkdaşlıq edə biləcəyini qeyd etdim.

Yenigundem.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90