Çindən gələn tələbələrin analiz nəticələri məlum oldu

Çindən gələn tələbələrin analiz nəticələri məlum oldubackend

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrlə bağlı məlumat yayıb.

Busaat.az-a daxil olan açıqlamada bildirilir ki, Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Gün ərzində onların evə buraxılacaqları gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90