COVİD-19 xəstələri üçün satılan dərman paketlərini “Avromed” hazırlayıbmış

COVİD-19 xəstələri üçün satılan dərman paketlərini “Avromed” hazırlayıbmışbackend

TƏBİB koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən Busaat.az-a verilən məlumatda qeyd edilir ki, bununla bağlı dekabrın 18-də TƏBİB tərəfindən açıqlama verilib:

“İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya Təbib-in +99451513-1542 nömrəsinə məlumat verəsiniz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90