Cvovid-19 II dalğa: Virus ya tam yoxa çıxacaq, ya bədəndə lövbər salacaq…

Cvovid-19 II dalğa: Virus ya tam yoxa çıxacaq, ya bədəndə lövbər salacaq…backend

“İkinci dalganın olma ehtimalı da var”.

Busaat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Dünya Həkimləri Həmkarlar Təşkilatının (WMA) keçmiş rəhbəri, professor Leonid Eydelmanın koronavirusun ikinci dalğasının noyabr-dekabr aylarında başlayacağı ilə bağlı fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, tibb elmi koronavirusun əvvəlki növlərində onların zamanla yoxa çıxdığını təsdiqləyib:

“Əgər ikinci dalğa başlayıb proses davam eləsə, o zaman vəziyyət dramatikləşə də bilər. Bu zaman infeksiyanın bədəndə lövbər salması prosesi gedəcək”.
Adil Qeybulla bildirib ki, əslində, bu kimi virusların proqnozunu vermək çox çətindir:

“Burada iki yol var. Ya virus yoxa çıxıb gedəcək, yaxud da onlar bədəndə herpes virusları kimi lövbər salacaq. Əhalinin 90%-də herpes virusu var. Koronavirus ya herpes kimi bədəndə neytrallaşacaq, ya da yoxa çıxıb gedəcək”.

Qeyd edək ki, Dünya Həkimləri Həmkarlar Təşkilatının (WMA) keçmiş rəhbəri, professor Leonid Eydelman bəyan edib ki, koronavirusun ikinci dalğası noyabr-dekabr aylarında başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90